GÖYGÖL, 1 noyabr. TELEQRAF

Göygöldə sürücünün ölümü ilə nəticələnən qəza baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan yük maşınının yol kənarındakı divara çırpılması nəticəsində sürücü, 1968-ci il təvəllüdlü Əhliman Qəfərov vəfat edib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.