BAKI, 1 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələn həftə İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırıb-planlaşdırmadığı barədə jurnalistin sualını “axmaq” adlandırıb.

Teleqraf xəbər verir ki, jurnalistlər dövlət başçısına bu sualı Floridadakı Mar-a-Laqo iqamətgahında ünvanlayıblar.

Tramp suala cavabında “The New York Times” qəzetinin jurnalistinə müraciətlə bunun axmaq sual olduğunu bildirib.

“Fərz edək ki, bunu planlaşdırıram. Sizə bunu deyərdimmi? Siz soruşursunuz ki, gələn həftə müharibəyə qayıtmağı düşünürsünüzmü? Tutaq ki, düşünürəm. Sizə bunu deyərdimmi? Tutaq ki, düşünmürəm. Yenə də sizə bunu deyərdimmi?” - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl “Axios” portalı ABŞ administrasiyasında İrana qarşı mümkün yeni hücumlarla bağlı fikir ayrılıqlarının olduğunu yazıb.