BAKI, 1 noyabr. TELEQRAF
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının IX turunda “Çelsi”yə səfərdə 0:2 hesabı ilə məğlub olub.
Teleqraf xəbər verir ki, bu nəticə “qırmızı şeytanlar”ın tarixində arzuolunmaz rekorda səbəb olub.
Mançester təmsilçisi 1973-cü ildən bəri ilk dəfə çempionatın startında keçirdiyi 7 səfər oyununun heç birində qələbə qazana bilməyib.
Komanda bu görüşlərdə 3 heç-heçə edib, 4 dəfə isə meydanı məğlub tərk edib.
Qeyd edək ki, “Mançester Yunayted” 1973/1974 mövsümündə də ilk 7 səfər matçında qalib gələ bilməmişdi. Həmin mövsüm komanda çempionatı 21-ci pillədə başa vuraraq yüksək liqanı tərk etmişdi. “Qırmızı şeytanlar” hazırda Premyer Liqanın turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.