BAKI, 1 noyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitində Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakına qarşı olmadığını bildirib.
Teleqrafxəbər verir ki, Tramp jurnalistin Zelenskini “Böyük iyirmilik” (G20) sammitinə dəvət edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən buna maneə görmədiyini deyib.
“Bəli, bunda heç bir problem yoxdur”, - deyə ABŞ prezidenti bildirib.
Tramp, həmçinin Rusiya ilə Ukrayna arasında müharibənin yaxın gələcəkdə başa çatacağını düşündüyünü vurğulayıb.
Qeyd edək ki, G20 sammiti dekabr ayında ABŞ-nin Florida ştatında, Mayami şəhərinin yaxınlığında keçiriləcək.