BAKI, 1 noyabr. TELEQRAF

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Neftçi” futbol klubunun üzvü Qustavo Klisman mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı Misli Premyer Liqasının X turunun Şamaxı şəhər stadionunda keçirilən “Şamaxı” – “Neftçi” görüşündən əvvəl Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.