GƏNCƏ, 1 noyabr. TELEQRAF
Gəncədə sakini dostunun evində ölü tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Kənan Nurməhəmmədinin meyiti dostunun evində tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 35 yaşlı şəxsin ölümünün dəqiq səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.