BAKI, 12 avqust. TELEQRAF

“İyulun sonunda Seuta muxtar şəhərinə qanunsuz miqrantların kütləvi axını bir daha təkrarlanmamalıdır”.

Teleqraf xəbər verir ki, bunu İspaniya müdafiə naziri Marqarita Robles deyib.

“Hər kəsə tam aydın olmalıdır ki, iyulun 30-da baş verənlər bir daha təkrarlana bilməz. Həmçinin aydın olmalıdır ki, Seuta və Melilya İspaniya əraziləridir”, - nazir bildirib.

İyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeşdən Afrikanın şimalında yerləşən Seuta şəhərinə daxil olub. Madrid böhran fonunda şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək üçün hərbçiləri cəlb edib.