BAKI, 27 iyul. TELEQRAF

Çad hökuməti Beynəlxalq Cinayətlər Məhkəməsindən (BCM) çıxmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Çad Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Artıq BMT baş katibi Antonio Quterreşə rəsmi bildiriş göndərilib. Hakimiyyət qərarı Beynəlxalq Cinayətlər Məhkəməsinin məhdud effektivliyi və seçiciliyi ilə izah edib. XİN-in məlumatına görə, məhkəmə tərəfindən aparılan 13 istintaqdan 9-u Afrika dövlətləri ilə bağlıdır və həbsdə olan 7 təqsirləndirilən şəxsdən 6-sı Afrika ilə əlaqəli işlərdə iştirak edir.

Çad Beynəlxalq Cinayətlər Məhkəməsini tənzimləyən Roma Statutunu 2006-cı ildə ratifikasiya etmişdi. Bu sənədə əsasən, dövlətin Beynəlxalq Cinayətlər Məhkəməsindən çıxmaq qərarı BMT baş katibinin çıxma barədə bildiriş aldıqdan 1 il sonra rəsmi olaraq qüvvəyə minir.