BAKI, 2 noyabr. TELEQRAF

Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlıq yeni layihələrlə genişlənir.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

O qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın güclənməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə, Avrasiya məkanında nəqliyyat marşrutlarının inkişafına və yeni iqtisadi imkanların yaranmasına töhfə verir:

“Ölkələrimiz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhlizlə əlaqələndirilməsini vacib hesab edirlər”.

Diplomat qeyd edib ki, bu istiqamətdə həyata keçiriləcək layihələr Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat bağlantılarının gücləndirilməsi üçün yeni imkanlar yaradacaq.