BAKI, 2 noyabr. TELEQRAF
İranın ali rəhbəri Müctəba Xamenei hökumətə İran-ABŞ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün danışıqlar aparmaq səlahiyyətləri verib.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
"Biz problemi dialoq yolu ilə həll etmək üçün səy göstəririk. Bu məsələdə ali rəhbər də hökumətə müəyyən səlahiyyətlər verib", - deyə Prezident Məsud Pezeşkian bildirib.