BAKI, 2 noyabr. TELEQRAF
Bundesliqa klublarından “Bavariya”nın futbolçusu Maykl Olise UEFA Çempionlar Liqasında “Atletiko” ilə oyundan əvvəl komanda ilə məşqlərə qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə “Bayern Germany” məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı vinger Dortmund “Borussiya”sı ilə Almaniya çempionatının son turunda keçirilən və 2:2 hesabı ilə başa çatan matçda zədələnməsinə baxmayaraq, komandanın məşqində iştirak edib. Bununla belə, futbolçunun sağ dizinin sarğılı olduğu diqqət çəkib.
Olise bu mövsüm bütün turnirlərdə 13 oyunda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Atletiko” – “Bavariya” qarşılaşması noyabrın 3-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.