BAKI, 2 noyabr. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarov "CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb.

Teleqrqf xəbər verir ki, bu barədə M.Cabbatov "X" hesabında paylaşım edib.

"CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdük. Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Azərbaycan – Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq barədə fikir mübadiləsi apardıq.

Birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq imkanlarını da nəzərdən keçirdik,"- paylaşımda qeyd olunub.