BAKI, 2 noyabr. TELEQRAF
“Zeytun Pharmaceuticals” MMC dərman vasitəsini Tarif Şurası tərəfindən təsdiq edilən pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkət barəsində protokol tərtib edib.
Belə ki, MMC “Dərman vasitələri haqqında” Qanunun 4.7-ci maddəsini pozub və İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi üzrə dövlət qeydiyyatından keçmiş dərman vasitəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətə satıb.