BAKI, 11 noyabr. TELEQRAF

2026-cı ilin noyabrında dünyada Ərzaq Qiymətləri İndeksi orta hesabla 133,9 bənd təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd edilib.

Bildirilir ki, sentyabr ayı ilə müqayisədə ərzağın qiyməti 1,6 bənd və ya 1,2% azalıb.

Taxıl, süd və ət üzrə qiymət indeksi əvvəlki ayla müqayisədə azalıb. Bitki yağlarının qiyməti cüzi artsa da, şəkərin qiyməti isə nəzərə çarpacaq dərəcədə yüksəlib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Ərzaq Qiymətləri İndeksi 7,5 bənd və ya 5,9% yüksək olub. Bununla belə, indeks 2022-ci ilin martında qeydə alınmış pik göstəricidən 26,3 bənd və ya 16,4% aşağı səviyyədə qalıb.