BAKI, 11 noyabr. TELEQRAF
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır.
Teleqraf İKZF-yə istinadən xəbər verir ki, müraciətlərin qəbuluna noyabrın 13-ü saat 15:00-dan etibarən başlanılacaq.
Fonddan bildirilib ki, vətəndaşlara noyabr 12-dək elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir.
"Müraciətlərin qəbulu Mygov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.
Sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər həcmində müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan etibarən həyata keçiriləcək", - deyə qurumun məlumatında qeyd edilib.