BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur.
Teleqraf xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.