BAKI, 6 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin Səadə əyalətində qiyamçı “Ənsarallah” Hərəkatına (husilər) məxsus 20 ballistik raket anbarını məhv edib.
Teleqraf xəbər verir ki, koalisiya husilərə məxsus silah anbarlarının, kamikadze qayıqların və dəniz minalarının məhv edildiyini də açıqlayıb.
Taiz əyalətində də “Ənsarallah”ın çoxlu sayda canlı qüvvəsinin öldürüldüyü və yaralandığı bildirilib.