BAKI, 5 oktyabr. TELEQRAF

“HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücum İranın proksi qüvvələrinin İsraili məhv etmək məqsədilə hazırladığı genişmiqyaslı planın başlanğıcı idi”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Bu plan üç əsas istiqamətə söykənirdi: proksi qüvvələrin eyni vaxtda hücumu, genişmiqyaslı raket atəşləri və İranın nüvə silahına yiyələnməsi”, - o bildirib.