BAKI, 3 oktyabr. TELEQRAF

İranla yenidən artan hərbi gərginlik fonunda Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirən ABŞ “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisini bölgəyə göndərib.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bölgədə əlavə üç amfibiya hücum gəmisi və dəniz piyadaları da yerləşdirilib. Qəzet yazıb ki, noyabr ayına qədər Yaxın Şərqə göndərilən əlavə 10 000-lik canlı qüvvə döyüşə hazır olmalıdır.

Nəşr ehtimal edir ki, əgər artıq Yaxın Şərqdə olan “USS George HW Bush” və “USS George Washington” təyyarədaşıyan gəmiləri də qalarsa, ABŞ-nin bölgədə sərəncamında 3 təyyarədaşıyan qrupu və təxminən 60 000 hərbçisi olacaq.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İranın yenidən bombardman edilməsinə icazə verə biləcəyini açıqlamışdı.