BAKI, 3 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Yəmənin Səada əyalətindəki mövqelərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Yəmən mediası məlumat yayıb.
Səudiyyə Ərəbistanı ordusunun husilərin sərhədyanı Razih şəhərinin ərazisindəki mövqelərinin artilleriya ilə hədəfə alındığı bildirilib.