BAKI, 3 oktyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi ötən il ABŞ-nin Yəməndə husilərə qarşı keçirdiyi əməliyyatlar barədə danışarkən, Tehranın dəstəklədiyi bu qruplaşmanı həmin “qarşıdurmanın qalibi” hesab etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın bu təcrübədən dərs çıxarmalı və Tehranın şərtlərini qəbul etməli olduğunu deyib.
ABŞ ordusunun 2025-ci ildə husilərə qarşı hərbi kampaniyasından sonra Omanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs razılaşması əldə olunmuşdu.
Möhəbi həmçinin süni intellekti ABŞ ilə müharibənin “əsas döyüş meydanı” kimi xarakterizə edib: “ABŞ-nin müharibədə süni intellektdən istifadə üsuluna tam bələdik və İran da süni intellektdən və digər texnologiyalardan istifadə edir”.