BAKI, 2 oktyabr. TELEQRAF
“İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 27-də keçiriləcək parlament seçkilərində mövqeyini yaxşılaşdırmaq üçün İrana hücum əmri verə bilər”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Yaxın Şərq üzrə keçmiş baş direktoru Məhəmməd İrani deyib.
“Netanyahunun seçkilərdən əvvəl İranın İsrailə hücum ehtimalı ilə bağlı son açıqlamaları İsrailin mümkün hərbi əməliyyatlarına yol aça bilər”, - diplomat qeyd edib.
İraninin iddiasına görə, Benyamin Netanyahudan fərqli olaraq, ABŞ Prezidenti Donald Tramp hazırkı şəraitdə müharibədə maraqlı deyil və daha çox İrana iqtisadi təzyiqə üstünlük verir: “Başa düşdüyüm qədər, Tramp Netanyahudan İrana qarşı hələlik tədbir görməməyi və Tehranın hücuma keçməsini gözləməyi tələb edib”.
O hesab edir ki, ABŞ Konqresinə seçkilərdən sonra vəziyyət dəyişə bilər: “Digər yandan, ABŞ-nin hazırkı yanaşmasının nə qədər davam edəcəyi bəlli deyil”.