BAKI, 14 sentyabr. TELEQRAF

“Heç bir müharibə yaxşı deyil, müharibəni biz qızışdırmırıq, biz müdafiə mövqeyindəyik. Amma ölkəmizi, kimliyimizi, İranımızı, tariximizi və ərazi bütövlüyümüzü necə qorumağı çox yaxşı bilirik”.

Teleqraf xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah deyib.

O iddia edib ki, “İranın müharibədəki uğuru”nun arxasında duran amillərdən biri ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin “düzgün hərbi doktrin”ası və “dünyanın ən qabaqcıl silahlarını istehsal edə bilən hərbi alimlərin elmi qabiliyyəti”dir.

Prezidentin müavini İranın İkinci Dünya müharibəsinə səbəb olmuş Hiter Almaniyası və Yaponiya ilə müqayisə edib:

“Müharibə yaxşı deyil, amma həm də inkişaf mənbəyi də ola bilər. Vaxtilə bu durumla üzləşən Yaponiya, Almaniya, Finlandiya və bir çox başqa ölkələr öz əzmkarlıqları sayəsində inkişafa nail olublar”.