BAKI, 30 oktyabr. TELEQRAF

Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov bu gün Siqnaxidə keçirilən Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclasında bildirib.

O qeyd edib ki, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir və Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:

"Cari ilin ilk 9 ayında ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard dollara yaxınlaşıb".

Ə.Əsədov investisiya əməkdaşlığının da müsbət inkişaf etdiyini vurğulayıb:

"Azərbaycan Gürcüstana təxminən 4 milyard dollar sərmayə yatırmaqla bu ölkənin ən böyük investorudur".