BAKI, 30 oktyabr. TELEQRAF

"Singapore Airlines" Yaxın Şərqdəki mürəkkəb geosiyasi vəziyyəti əsas gətirərək Sinqapurdan Dubaya (BƏƏ) uçuşların dayandırılma müddətini 2027-ci ilin fevral ayının sonuna qədər uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

"Yaxın Şərqdəki geosiyasi vəziyyətlə əlaqədar olaraq, 28 fevral 2027-ci il tarixinədək SIA-nın Sinqapurdan Dubaya yerinə yetirilən SQ494 və Dubaydan Sinqapura yerinə yetirilən SQ495 reysləri ləğv ediləcək", – deyə "Singapore Airlines" şirkətinin "Facebook"da paylaşılan məlumatında bildirilib.

Qeyd edək ki, oktyabrın əvvəlində SIA Dubaya uçuşların dayandırılmasını 1 dekabr tarixinə qədər uzatdı.