BAKI, 30 oktyabr. TELEQRAF

İngiltərənin “Arsenal” klubu əsas qapıçısı David Raya ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlamağa hazırlaşır.

Teleqraf “Football Insider” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 2028-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaqla İspaniya klublarının mümkün marağının qarşısını almaq istəyir.

Son günlər 31 yaşlı qapıçının adı “Barselona” və “Real Madrid”lə hallanırdı.

Qeyd edək ki, David Raya 2023-cü ildə “Brentford”dan “Arsenal”a keçib. O, London klubunun əsas qapıçısına çevrilərək son mövsümlərdə Premyer Liqanın ən yaxşı qolkiperlərindən biri kimi tanınıb.