BAKI, 3 sentyabr. TELEQRAF

“İranın İsrailə hücumu bizi bütün məhdudiyyətlərdən azad edəcək, bu durumda enerji infrastrukturunu da hədəfə alacağıq”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

“Bütün milli, hərbi və mülki, o cümlədən enerji infrastrukturunu hədəfə alacağıq və İranı Daş dövrünün və qaranlığın dərinliklərinə qaytaracağıq”, - o vurğulayıb.

Kats həmçinin əlavə edib ki, iqtisadi təzyiq və üsyan, eləcə də hakimiyyətin devrilməsi ilə bağlı narahatlıq İranı çıxılmaz vəziyyətdən doğan addımlar atmağa sövq edə bilər:

“İrandakı ayətullah rejimi çox yaxşı bilir ki, biz onlara iki dəfə ağır zərbə vurduqdan, nüvə proqramını məhv etdikdən, Xameneini öldürdükdən və onların strateji imkanlarına ciddi ziyan vurduqdan sonra İsrailə niyə hücum etmir”.