BAKI, 27 oktyabr. TELEQRAF

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olduqca əhəmiyyətlidir və düşünürəm ki, burada çox mühüm mesajlar alırıq. Bu gün Prezident İlham Əliyevin çıxışı ruhlandırıcı idi. İnanıram ki, biz bu mesajları tətbiq edəcəyik.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

Onun sözlərinə görə, ICESCO-nun Azərbaycanla uzunmüddətli əlaqələri və əməkdaşlığı var.

“Biz artıq xeyli müddətdir Azərbaycanla bir çox layihələr həyata keçirmişik. Bu gün Prezident İlham Əliyevlə görüşdük və ona, eləcə də Azərbaycanın təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyindən faydalanan bütün ölkələr adından minnətdarlığımızı çatdırdıq. Biz, həmçinin, Afrikada qadınların və qızların təhsilini dəstəkləmək istiqamətində Heydər Əliyev Fondu ilə əməkdaşlıq edirik. Vacib məqamlardan biri də mədəniyyət sahəsində həyata keçirilən təşəbbüslərə göstərilən dəstəkdir".

Baş direktor bildirib ki, Azərbaycan mədəniyyət və sülh quruculuğuna töhfə verir.