BAKI, 27 oktyabr. TELEQRAF

Ölkələrin dəstəyi nəticəsində icmaların və özəl sektorun imkanlarını genişləndirmək, milli prioritetlərə daha çox resurs ayırmaq mümkündür.

Teleqraf xəbər verir ki, bunu İCESCO-nun Baş direktoru Salem bin Məhəmməd Əl-Malik VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Bakıda keçirilən “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda xüsusi birgə sessiyada deyib.

"İki prioritet təklif edirəm, proqramlarımızı mövcud fəaliyyətlərə uyğunlaşdırmaq və bu sahədə maliyyələşməni müəyyənləşdirmək lazımdır.
İCESCO öz təcrübəsini bölüşməyə hazırdır. Bakı tövsiyəsi bu istiqamətdə praktiki təcrübə formalaşdırmağa imkan yarada bilər. Bakı Prosesinə verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm" - deyə Əl-Maliki əlavə edib.