QƏBƏLƏ, 27 oktyabr. TELEQRAF

2024-cü ildə tikintisinə başlanılan Yengicə su anbarının inşasının 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

Teleqraf-ın Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.

O bildirib ki, əsas məqsəd rayonun kənd təsərrüfatının su təminatını yaxşılaşdırmaqdır: "Ümumilikdə, 10 su anbarının tikintisi nəzərdə tutulub. Bu layihə çərçivəsində 10 min hektar torpaq sahəsinin 3 388 hektarında su təminatının yaxşılaşdırılması, 6 612 hektarında isə yeni suvarmanın həyata keçirilməsi planlaşdırılır".