BAKI, 27 oktyabr. TELEQRAF
“İran bütün mümkün ssenarilərə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin müavini Rəsul Sənai-Rad yerli mediaya deyib.
“Düşmən hansısa ağılsız addım atarsa, bu dəfə yeni sürprizlərlə qarşılaşacaq və daha güclü, qətiyyətli zərbə alacaq”, - o bildirib.
Sənai-Rad iddia edib ki, İran qarşıdakı müharibədə əvvəlki məhdudiyyətləri nəzərə almayacaq və zərbələrin daha ağrılı və savaşın əvvəlkindən daha genişmiqyaslı olması üçün bütün imkanlarından istifadə edəcək:
“Müharibə yenidən başlayarsa, İran İslam Respublikası düşməni cəzalandırmaq və gələcəkdə yeni avantüralara əl atmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək”.