BAKI, 1 sentyabr. TELEQRAF

İranın neft satışından əldə olunan gəlirləri azalıb.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin İqtisadi Komitəsinin üzvü Zəhra Xodadadi məlumat verib.

“Blokadaya görə həmin vəsaitlərin dövlət tərəfindən toplanması çətinləşib, ya da gecikmə ilə əldə olunur. Bütün bu məsələlər dövlətin sərəncamında olan resursların və hökumətin malik olduğu likvid vəsaitlərin azalmasına səbəb olub”, - Zəhra Xodadadi qeyd edib.