BAKI, 30 oktyabr. TELEQRAF

“Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştiano Ronaldı Səudiyyə Ərəbistanı çempionatında yeni rekorda imza atıb.

Teleqraf “Opta”ya istinadən xəbər verir ki, 41 yaşlı hücumçu buna XII turda “Əl-Xalic”lə görüşdə (5:3) het-trik edərək nail olub.

Bu, Ronaldunun Səudiyyə Ərəbistanı Pro Liqasında yeddinci het-triki olub. Beləliklə, portuqaliyalı futbolçu liqada debüt etdiyi vaxtdan bəri bu göstəricidə liderliyə yüksəlib. O, 6 het-triki olan “Əl-Əhli”nin ingiltərəli hücumçusu İvan Toneyi geridə qoyub.

Ronaldu həmçinin vurduğu qolların sayını 7-yə çatdıraraq bombardirlər yarışında italiyalı Matteo Retegi və Mərakeş millisinin üzvü Yussef En-Nesyri ilə ikinci pilləni bölüşür.

13 qolla İvan Toney isə bombardirlər siyahısına başçılıq edir.