BAKI, 30 oktyabr. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və əhatə dairəsinin genişləndirilməsi çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi üzrə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılaraq isifadəyə verilib.
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ağdam rayonunda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.
O bildirib ki, ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 7 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilib.
V. Kərimov əlavə edib ki, bioloji müxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ərazilərinə 70 başadək müxtəlif cinsli fauna növləri reintroduksiya edilib:
"Bunlar 40 baş ceyran, 5 şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik və 3 baş bezoar keçisidir".