BAKI, 30 oktyabr. TELEQRAF
Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionu çərçivəsində Əfqanıstan yığması ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə rəqib 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.
Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.
Millimiz C Divizionundakı əvvəlki oyunlarında Çiliyə 1:3, Vyetnama 2:4 hesabı ilə məğlub olub, Cəbəllütariqə 5:1, Mozambikə isə 4:1 hesabı ilə qalib gəlib.