BAKI, 30 oktyabr. TELEQRAF

Vəkillərə pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur.

Teleqraf xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkilə və ya vəkil qurumlarına müraciət zamanı ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət büdcəsi vəsaiti hesabına ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdotərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər.

Pulsuz hüquqi yardım tələbinə riayət edilmədikdə vəkillər tərəfindən "pro bono" hüquqi xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 manat məbləğində ödəniş ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverəyə qoyularaq birinci oxunuşda qəbul edilib.