BAKI, 30 oktyabr. TELEQRAF

Son beş il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 115 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb.

Teleqraf xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Ağdam rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, hazırda Ağdam ərazisinin təxminən 60 faizi, Füzulinin 78 faizi, Xocavəndin isə 16 faizi minalardan təmizlənib.

"Bu işlər ərazilərin təhlükəsizliyinin təmin olunması və bərpa-quruculuq prosesinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır", - o vurğulayıb.