BAKI, 21 avqust. TELEQRAF

“Moskva Ukrayna ilə münaqişənin nizamlanmasına dair yeni təklifləri dinləməyə hazırdır, amma istənilən təklif yerdəki reallığı (Rusiyanın işğalının tanınmasını – red.) əks etdirməlidir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkovun sözlərinə görə, ABŞ “konstruktiv dialoq”a və “Rusiyanın mövqeyini anlamağa” hazır olduğunu nümayiş etdirib.

“Hazırkı mərhələdə ən vacib məsələ Vaşinqtonun Kiyevin və hələ də Rusiyanın strateji məğlubiyyətinə ümid edən onun avropalı himayədarlarının qərarlarına nə dərəcədə təsir göstərə bilməsidir”, - Rusiya rəsmisi qeyd edib.