BAKI, 18 avqust. TELEQRAF
“Tehranda ABŞ səfirliyinin olmaması səbəbindən digər Qərb ölkələrinin kəşfiyyat orqanlarının əməkdaşları İranda məlumatların toplanması və Vaşinqtonun planlarının həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürüblər”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Ələddin Borucərdi deyib.
Deputatın iddiasına görə, Fransa bu istiqamətdə ən fəal ölkələrdən biridir.
O bildirib ki, bu ölkələrin bütün fəaliyyətləri İran kəşfiyyatı tərəfindən izlənilir və milli təhlükəsizliyə zərər vurmağa yönəlmiş istənilən addım ciddi və sərt tədbirlə qarşılanacaq.
Borucərdi qeyd edib ki, Vyana Konvensiyasına əsasən, rəsmi məsuliyyət və icazə verilən diplomatik fəaliyyət çərçivəsindən kənara çıxan şəxslər (bu halda Fransa səfiri və səfirliyin digər əməkdaşları) ölkədən “arzuolunmaz şəxs” (persona non qrata) kimi çıxarıla bilərlər.