BAKI, 17 avqust. TELEQRAF
“Son iki il ərzində hökumətin bir sakit günü olmayıb, hər an hansısa olayla üzləşib. İndi də dəniz blokadasına baxmayaraq, müharibə şiddətlə davam edir”.
Teleqraf xəbər verir ki, bunu İranın kənd təsərrüfatı naziri Qulamrza Nuri deyib.
“Ərzaq təhlükəsizliyi və malların ehtiyatı baxımından problemimiz yoxdur. Amma müharibə və blokada səbəbindən xərclər artıb. Müharibə xərclərə və malların maya dəyərinə təsir göstərib”, - nazir bildirib.