BAKI, 10 avqust. TELEQRAF

“İsrail atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsindən imtina etməlidir, çünki HƏMAS silahları təhvil verməyəcək”.

teleqraf xəbər verir ki, bunu İsrailin dəstəklədiyi və Qəzza zolağının cənubunda fəaliyyət göstərən Fələstin silahlı qrupunun komandiri Hüsam əl-Əstəl “The Times of Israel”ə deyib.

“Düşünmürəm ki, bu razılaşma həyata keçiriləcək. HƏMAS silahları təhvil verməyəcək”, - o bildirib.

Əl-Əstəl əlavə edib ki, atəşkəs razılaşmasının HƏMAS olmadan həyata keçirilməsinə ümid edir: “HƏMAS bilir ki, silahlarını təhvil versə, hakimiyyətini itirəcək”».

Qeyd edilib ki, əl-Əstəlin komandanlıq etdiyi qrup İsrailin logistik və hərbi dəstəyi ilə Xan Yunis şəhərində fəaliyyət göstərir və atəşkəsə baxmayaraq, vaxtaşırı HƏMAS-la toqquşmalara girir.