BAKI, 29 iyul. TELEQRAF

ABŞ və Səudiyyə Ərəbistanının İraqda “Həşd əş-Şaabi” qüvvələrinin mövqelərinə endirdiyi zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dörd üzvü ölüb.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, ölənlər Əli Əsgər Astaneh, Əbülfəzl Möttəqi, Mürtəza Əkbəri və Əmirabbas Dərhəmfüruşdur. KİV həmin şəxsləri SEPAH üzvləri kimi təqdim edib.