BAKI, 29 iyul. TELEQRAF

İordaniya Silahlı Qüvvələri səhər saatlarında İrandan buraxılan və ölkə ərazisini hədəf alan beş raketi məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İordaniya ordusu məlumat yayıb.

Bildirilib ki, raketlər Silahlı Qüvvələrin müşahidə və nəzarət sistemləri vasitəsilə vaxtında aşkarlanıb və təsdiqlənmiş döyüş qaydalarına uyğun olaraq zərərsizləşdirilib.

Bəyanatda həmçinin vurğulanıb ki, İordaniya ordusu ölkənin təhlükəsizliyinə və ya vətəndaşlarının həyatına yönələn istənilən təhdidə qarşı qətiyyətlə cavab verəcək və bu məsələdə güzəştə getməyəcək.