BAKI, 21 iyul. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ şirkəti olan "Amazon"un Bəhreyndəki məlumat mərkəzinin infrastrukturuna bir neçə qanadlı raketlə zərbə endirərək onu sıradan çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
SEPAH bu hücumun ABŞ ordusunun iyulun 19-da İranın cənub-qərbində tikilməkdə olan "Darxoveyn" AES-ə və mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini açıqlayıb.