BAKI, 30 iyun. TELEQRAF

İran ABŞ ilə yekun razılaşmaya dair danışıqlara yalnız İran-ABŞ memorandumunun müvafiq bəndləri yerinə yetirildikdən sonra başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

"ABŞ ilə görüş məqsədyönlü və zəruri olmalıdır. Əgər biz yekun razılaşma üzrə danışıqların başlanmasından danışırıqsa, bu, qarşılıqlı anlaşma memorandumunun 1, 5, 10 və 11-ci bəndlərinin icrasından birbaşa asılıdır", – o deyib.

E.Baqai əlavə edib ki, yaxın günlərdə cari proseslər qiymətləndiriləcək və yekun danışıqlara başlamaq üçün optimal vaxt müəyyən ediləcək.