BAKI, 28 sentyabr. TELEQRAF
Rusiya qoşunları Ukraynanın Odessa limanına gedən iki yük gəmisinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Odessa limanına hərbi yük daşıyan iki quru yük gəmisi dənizi keçərkən vurulub", - deyə açıqlamada bildirilir.