BAKI, 11 iyun. TELEQRAF

İordaniya ordusu İrandan atılan 20 raketin zərərsizləşdirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə hərbi mənbə İordaniyanın "Petra" agentliyinə məlumat verib.

Məlumata görə, raketlərin məhv edilməsi əməliyyatı zamanı bəzi qalıqlar ölkə ərazisinə düşsə də, insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.

Bildirilib ki, mühəndis-istehkam bölmələri raket qalıqlarına baxış keçirərək onların tərkibində partlayıcı maddələrin qalmadığını təsdiqləyiblər.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl İordaniyadakı Əl-Əzraq hərbi hava bazasını hədəfə aldığını açıqlamışdı. SEPAH bazaya 12 ballistik raket atıldığını bildirmişdi.