BAKI, 28 iyul. TELEQRAF
“Sabah”ın futbolçusu Coy-Lens Mikels klubun tarixinə düşüb.
Teleqraf xəbər verir ki, 32 yaşlı hücumçu buna UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-la keçirilən cavab oyununda nail olub.
Matçın 70-ci dəqiqəsində fərqlənən Mikels avrokuboklarda “Sabah”ın heyətində 10-cu qolunu vurub. Bu, almaniyalı hücumçunun cari mövsümdə Avropa arenasında ikinci qolu olub.
Mikels ümumilikdə 74 qolla “Sabah” tarixinin ən məhsuldar futbolçusudur.
Xatırladaq ki, “Sabah” Finlandiyada keçirilən cavab görüşündə KuPS-u 2:0 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.