BAKI, 28 iyul. TELEQRAF
“Sabah” tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.
Teleqraf zəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən sonra rəsmiləşib.
Finlandiyanın KuPS klubunu mübarizədən kənarlaşdıran (1:0, 2:0) Azərbaycan çempionu III təsnifat mərhələsinə yüksəlib. Bununla da paytaxt təmsilçisi qitə kuboklarından birinin liqa mərhələsində yerini təmin edib. Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasında oynayacağı növbəti iki mərhələdən sonra dəqiqləşəcək.
Qitə miqyaslı turnirlərdə 2023/24 mövsümündə debüt edən “Sabah” buna avrokuboklardakı 4-cü mövsümündə nail olub. “Sabah” Azərbaycan futbolu tarixinə qitə kuboklarında əsas mərhələyə yüksələn 4-cü komanda kimi düşüb. Bunadək üç komanda - “Neftçi”, “Qarabağ” və “Qəbələ” ümumilikdə 15 dəfə belə uğura imza atıb.
“Neftçi” – 1 dəfə
UEFA Avropa Liqası – 2012/13
“Qarabağ” – 12 dəfə
UEFA Avropa Liqası – 2014/15
UEFA Avropa Liqası – 2015/16
UEFA Avropa Liqası – 2016/17
UEFA Çempionlar Liqası – 2017/18
UEFA Avropa Liqası – 2018/19
UEFA Avropa Liqası – 2019/20
UEFA Avropa Liqası – 2020/21
UEFA Konfrans Liqası – 2021/22
UEFA Avropa Liqası – 2022/23
UEFA Avropa Liqası – 2023/24
UEFA Avropa Liqası – 2024/25
UEFA Çempionlar Liqası – 2025/26
“Qəbələ” – 2 dəfə
UEFA Avropa Liqası – 2015/16
UEFA Avropa Liqası – 2016/17
“Sabah” – 1 dəfə
Avrokuboklar - 2026/27