BAKI, 28 iyul. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla iyulun 28-də keçiriləcək görüşdə Vaşinqton İrana qarşı tammiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, İran ərazisinə yeni zərbələr endirmək planlarını təqdim etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Monitor” mənbələrə istinadla məlumat yayıb.

Söhbət İsrailin İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastrukturuna qarşı hücumları üçün yeni əməliyyat planlarından gedir. “Al-Monitor”un mənbələri qeyd ediblər ki, Netanyahu açıq şəkildə İsrailin ABŞ-nin İrana qarşı hazırkı hərbi kampaniyasında iştirakını müdafiə etməkdən yayınır, amma Baş nazir Vaşinqtonla şəxsi dialoqunda bu ideyanı dəstəkləyir.

Həmçinin Benyamin Netanyahunun Donald Trampla görüşünün əsas məqsədlərindən biri İran, Livan və Qəzza zolağı ilə bağlı bir sıra ziddiyyətlər səbəbindən sarsılan şəxsi münasibətləri bərpa etmək olacaq.